Aktual

Putin delfinləri Ukrayna ilə müharibəyə cəlb edib – İnanlımaz faktlar, onlar nə işə yarayır?

Putin delfinləri Ukrayna ilə müharibəyə cəlb edib – İnanlımaz faktlar, onlar nə işə yarayır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qara dənizdəki ən böyük hərbi-dəniz bazası olan Sevastopoldan alınan peyk görüntülər bölgəyə xüsusi təlim keçmiş delfinlərin daşındığını ortaya çıxarıb. 

Gundem.az bildirir ki, Rusiya öz gəmilərini “hərbi delfinlər”lə mümkün təxribatdan qorumağı planlaşdırır. ABŞ Hərbi Dəniz İnstitutunun təhlillərinə görə, delfinlər Rusiyanın Qara dəniz donanmasını mümkün sualtı hücumlardan qorumaq üçün bölgəyə gətirilib.

Rusiyanın Qara dənizdəki ən böyük hərbi-dəniz bazası olan Sevastopol 2014-cü ildə Moskvanın ələ keçirdiyi Krımın cənubunda yerləşdiyi üçün bura rus ordusu üçün çox vacibdir. ABŞ tərəfi bildirir ki, limandakı gəmilərin əksəriyyəti sualtı qayığın potensial hücumlarına qarşı həssasdır.

Məlumatda qeyd olunur ki, delfinlərin yetişdirilməsinə 28 milyon dollar xərclənib.

Bəs, “hərbi delfinlər” bu gəmiləri necə qoruyacaq? Yüksək intellektli heyvanlar kimi tanınan delfinlərin hərbi məqsədlər üçün öyrədilməsi əslində yeni bir şey deyil. Soyuq Müharibə illərində ABŞ və Rusiya kimi bir çox ölkə delfinlərə təlim keçir və onlardan döyüş tapşırıqlarında istifadə edirdi.

Delfinlərin əks-səda vermə qabiliyyəti onlara minalar kimi sualtı obyektləri aşkar etməyə imkan verir. Bu səbəbdən təlim keçmiş delfinlərdən təxribat hərəkətlərinin qarşısını almaq, minaları aşkar etmək və düşmən dalğıclarının limana daxil olmasının qarşısını almaq üçün istifadə olunur. 2018-ci ildə ortaya çıxan peyk görüntüləri Rusiyanın Suriya müharibəsi zamanı da delfinlərdən istifadə etdiyini ortaya çıxıb. Amma delfinlər Moskvanın hərbi məqsədlər üçün istifadə etdiyi yeganə su canlıları deyil.

2019-cu ildə Norveç sahillərində balıqçılar ağ balinanın silah və kamera quraşdırmaq üçün asılqanlarının olduğunu aşkarlayıblar. Onlara Rusiya donanması tərəfindən təlim keçirildiyi iddialarını isə sübut etmək mümkün olmamışdı.

Qeyd edək ki, delfinləri və suitiləri bu şəkildə yetişdirən və istifadə edən ölkələr arasında ABŞ və Rusiyadan başqa Şimali Koreya, İsrail və İran da var.