Manşet

“Putin İrəvanı Bakı qarşısında güzəştə hazırlayır” – Sərkisyan

“Putin İrəvanı Bakı qarşısında güzəştə hazırlayır” – Sərkisyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Naxçıvan, daha sonra Türkiyə ilə əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi regional təhlükəsizliyə ciddi təsir edəcək.

7times.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Burada ən vacibi kimin təhlükəsizlik zəmanətçisi olacağıdır. Bu, çətin ki, biz olaq. Bu ya ruslar, ya da türklər olacaq”, – deyə o bildirib.

Sərkisyan türklərin Ermənistana nəzarəti təmin etmək, şimal-cənub hərəkətini tam nəzarətə almaq üçün dəhlizi tabelikləri altına almaq istədiklərini deyib. O, rusların bu nəzarəti Türkiyə-Azərbaycan əməkdaşlığını idarə etmək və öz mövqelərini gücləndirmək üçün arzuladığını bildirib:

“Türkiyə-Azərbaycan tandeminin Ermənistana təzyiqi İrəvanı zəif olduğu müddət ərzində daha sürətli güzəştlərə məcbur etmək üçündür. Putin bizi ağrılı güzəştlərə hazırlayır, bu isə o deməkdir ki, yol olacaq və bu, demarkasiya ilə paralel gedəcək. Eyni zamanda ruslar söz problemlərini nəzərə alaraq, zaman udmağa cəhd edirlər”. Axar.az