Sullivanın sözlərinə görə, “Yuxarıda adı çəkilən generalın Suriyada mülki şəxslərə qarşı etdiyi vəhşiliklər də onun tərcümeyi-halında yer alıb. Biz bunun eyni şəkildə davam edəcəyini gözləyirik. Bu general Ukraynada dinc insanlara qarşı cinayət və vəhşilik edən adlardan biri olacaq” , – deyə bildirib.
60 yaşlı general Aleksandr Dvornikov Rusiya ordusunun ən önəmli fiqurlarından biri kimi tanınır. Britaniyanın “The Guardian” qəzeti qohumları tərəfindən “ənənəvi” general kimi tanınan Dvornikov haqqında “Sovet ordusunun doktrinası ilə təlim keçərək, mülki vətəndaşların itkisindən müharibədə genişlənmək üçün istifadə oluna biləcəyinə inanır” şərhini yazıb. 1982-ci ildə taqım komandiri vəzifəsində xidmət edən Dvornikov ikinci Çeçenistan müharibəsində iştirak edib və 2015-2016-cı illərdə Suriyadakı müharibəyə rəhbərlik edib. (unikal)
Follow @7timesaz