Aktual

Putin nüvə müharibəsinə başlasa, Yer kürəsində nə baş verər? – Şok araşdırma

Putin nüvə müharibəsinə başlasa, Yer kürəsində nə baş verər? – Şok araşdırmabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada adi silahlarla istədiyi nəticələri əldə edə bilməyən və müharibədən əvvəlki hərbi nüfuzunu itirən, biabır olan Rusiyanın hansısa mərhələdə nüvə silahından istifadə edəcəyini istisna etməyənlər kifayət qədər çoxdur.

“AzPolitika.info” xəbər verir ki, Qərbdəki nüfuzlu alimlərin Putin nüvə müharibəsinə başlayacağı və ABŞ başda olmaqla Qərbin ona cavab verəcəyi təqdirdə hansı nəticələrin olacağına dair araşdırmaları dərc edilib. “AGU Advances” jurnalında dərc edilən araşdırmada göstərilir ki, böyük ölçüdə nüvə müharibəsi baş verəcəyi təqdirdə, alov fırtınaları günəş işığını bloklayacaq: ”Bu zaman alov fırtınaları günəş işığını bloklayacaq və yer üzündə “kiçik buz dövrü” yaradacaq ki, bu dövr də 1000 ilə qədər davam edəcək”.

Alimlər hesab edirlər ki, nüvə müharibəsi nəticəsində okean canlıları aclıqla üzləşəcəklər və buz örtüyü böyük limanları sıradan çıxaracaq: “Partlayışın ilk ayındaca qlobal temperatur Farenqeyt üzrə 13 dərəcə, Selsi üzrə isə 7 dərəcə enəcək. Bu, mamontların məhv olduğu son buz dövründəkindən də çoxdur, hansı ki, 1 milyon il davam edib”.

Araşdırmanın aparıcı müəlliflərindən olan Luiziana Universitetinin professoru Şeril Harrison partlayış nəticəsində yaranan dumanın bütün dünyaya yayılacağını qeyd edib: “Nüvə dumanı atmosferin üst qatlarına çatan kimi, bütün dünyaya yayılacaq və hər kəsə toxunacaq”.

Alimlərin təhlili göstərir ki, nüvə partlayışı nəticəsində okeanın temperaturu düşəcək və hətta nüvə dumanı dağılandan sonra belə əvvəlki səviyyəsinə qayıtmayacaq: “Planet soyuduqca dənizlərdəki buz qatı genişlənəcək və Pekin, Kopenhagen, Sankt-Peterburq kimi limanlar bloklanacaq. Ardınca buz qatı mülayim iqlimli sahillərə doğru uzanacaq və məsələn, Şanxay kimi şəhərlərə ərzaq və digər malların çatdırılması çətinləşəcək. Həmçinin, şimal yarımkürəsində gəmilərin hərəkəti müşkülə çevriləcək. Günəş işığının bloklanması və temperaturun düşməsi okeandakı bitkiləri öldürəcək və dəniz canlılarının aclığına səbəb olacaq. Bununla da okeandakı aclıq səbəbindən balıq ovlanması, tədarükü dayanacaq”.

Alimlər hesablayıblar ki, ABŞ və Rusiyanın qarşılıqlı nüvə zərbələri potensialı istifadə ediləcəyi halda atmosferə 150 milyard ton duman və qara karbon atılacaq ki, bu da günəş şüasını udacaq.

Hələ bu qeyd edilənlər nüvə silahı tətbiq olunacağı təqdirdə sırf okean və atmosferdə baş verəcək fəsadların bir qismidir. Bunun insanlara vuracağı zərbə isə bəşəriyyətin məhv olmasıyla nəticələnə bilər. Buna baxmayaraq, Putin, Medvedev və Kremldəki digər bu qəbildən olanlar dünyanı nüvə silahı ilə hədələməkdə davam edir və bununla da “böyük Rusiya mədəniyyətinin” gerçəkdə dünyaya hansı “töhfələr” verə biləcəyini ortaya qoyurlar…