Aktual

“Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır”  Rusiyalı publisist

“Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır” – Rusiyalı publisistbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının prezidenti Vladimir Putin işğal etdikləri Xersonun mülafiəsi üçün taktiki nüvə silahının tətbiqinə hazırdır.

Bu barədə rusiyalı publisist Andrey Piontkovski danışıb («24 kanal»).

“Rusiyanın mənasız və özünəqəsd hərbi aksiyasını – nüvə silahı ilə bir Ukrayna şəhərini məhv etməyi həyata keçirmək üçün bir qrup insanın bu prosesə aktiv cəlb olunması lazımdır. Ehtimal var ki, Putin taktiki nüvə silahı tətbiq etsin» – deyə, o, qeyd edib.

Bununla bərabər, publisist «Exo Moskvı» radiostansiyasının baş reaktoru Aleksey Venediktovun sözlərini xatırlayıb.

O, deyib ki, Xersonun müdafiəsi zamanı Putin taktiki nüvə silahı tətbiq etməyə hazırdır: Venediktovu tanıyıram. Əgər eşitməsəydi, bunu uydurmazdı”

Pintkovskinin fikrincə, əgər nüvə zərbəsi endirmək yalnız Putindən asılı olsa idi o, bu zərbəni həyata keçirərdi. Amma bunu reallaşdırmaq xeyli mürəkkəbdir.