Aktual

Putin və Lukaşenko Çin sərhədində görüşəcək

Putin və Lukaşenko Çin sərhədində görüşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün Blaqoveşenskə (Rusiyanın Çinlə sərhəddə yerləşən şəhəri – red.) gəlib.
Yeniavaz.com
 “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət başçılarının ikitərəfli görüşdən əvvəl vertolyotla “Vostoçnı” kosmodromunun tikintisinə və infrastruktur obyektlərinə baxış keçirəcəyi gözlənilir.
Daha sonra onlar isə işçilərlə söhbət edib pilot-kosmonavtları mükafatlandıracaqlar.
Danışıqlar zamanı siyasətçilər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər və görüşün yekununda birgə mətbuat konfransı gözlənilir.
Rusiya prezidenti Amur vilayətinin qubernatoru Vasili Orlov və “Roskosmos”un rəhbəri Dmitri Roqozinlə də danışacaq.
Lukaşenkonun mətbuat xidmətinin məlumatına görə, Belarus lideri artıq Blaqoveşenskə gəlib. Onun Vostoçnıya səfəri və Putinlə danışıqlardan əlavə, Vladivostokda Primorsk diyarının qubernatoru Oleq Kozhemyako ilə görüşü nəzərdə tutulub. Danışıqların əsas mövzusu Belarusun bu regionla əməkdaşlığı olacaq. Lukaşenkonun Ruskiy adasına da səfər edəcəyi və Belarus bazarına balıq tədarükü məsələsini müzakirə edəcəyi planlaşdırılır.