Aktual

Putinin son qalası: Rusiya müharibəyə onları göndərəcək

Putinin son qalası: Rusiya müharibəyə onları göndərəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası qan tökülməsini və dağıntıları davam etdirmək məqsədi ilə yeni “top yemi” partiyası yaratmağa çalışır. Onlar gəncləri işğal olunmuş Krıma göndərməyə hazırlaşırlar. Rusiya işğalçıları verdiyi ağır itkilər səbəbindən “Gənclər Ordusu” (Yunarmiya) adlandırılan uşaqlardan ibarət qurupları müharibəyə göndərmək üçün hazırlıqlar keçirlər.

7Times.az  bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Facebook” səhifəsində məlumat verib.

Xüsusilə, Ombudsman Rusiyanın “Gənclər Ordusu” uşaq-gənclər hərbi təşkilatının Ukrayna ilə həmsərhəd bölgələrdən toplanmasının həyata keçirildiyini açıqlayıb. İlin əvvəlindən onun sıralarına 16,5 min gənc oğlan və qız qoşulmuş. Məlumata görə, 85 yeni dəstə yaradılmışdır.

“Gənclər Ordusu” hərəkatının yalnız ölkənin cənubunda və müvəqqəti işğal olunmuş Krımda tərkibi 194 min gənc kişi və qızdan ibarətdir ki, bu da Rusiya Federasiyasının Ukrayna ilə müharibədə cəmləşdirdiyi silahlı qüvvələrinin sayından çoxdur.

Düşmənlər 2022-ci ildə Beynəlxalq Ordu Oyunlarını keçirməyi və burada gəncləri əsl müharibəyə hazırlamağı planlaşdırır.

Denisova həmçinin vurğulayıb ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində mülki əhalinin orduya qəbulunu təşviq etməklə, Rusiya Federasiyası Müharibə Zamanında Mülki Əhalinin Müdafiəsi haqqında Cenevrə Konvensiyasının qanunlarını və uşaqların silahlı münaqişələrə cəlb edilməsi hüquqlarını pozur.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı BMT-nin İnsan Haqları pozuntularını araşdıran Komissiyasına və ekspert missiyasına müraciət edirəm. Moskva Mexanizminə uyğun olaraq ATƏT-ə üzv dövlətlər tərəfindən yaradılmış, Rusiyanın Ukraynada qarşı hərbi cinayətləri və insan hüquqlarının pozulması ilə bağlı bu faktları nəzərə alın”, – deyə Denisova bildirib.

Qeyd edilir ki, Ukrayna müdafiəçiləri 19 mindən çox işğalçını məhv etdiyini bildirib. İşğalın başlandığı gündən ruslar döyüş gücünün 15-20% -ə qədərini itirdi.