Aktual

Putinlə bağlı DAHA BİR QƏRİBƏ İDDİA: “Özünü mumiyalayır, yerinə isə bu şəxs keçəcək”

Putinlə bağlı DAHA BİR QƏRİBƏ İDDİA: “Özünü mumiyalayır, yerinə isə bu şəxs keçəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir.

Sfera.az bildirir ki, Qərb mediası Putinin xərçəng və ya Parkinson kimi ağır xəstəlikdən əziyyət çəkdiyini bildirsə də, bu dəfə ekspertlər tamam başqa açıqlama verib.

Belə ki, bəzi ekspertlərin fikrincə, mətbuatda yayılan xəstəliklə bağlı iddialar şişirdilib  və tutarlı dəlillərə əsaslanmır. Bunu dəstəkləyənlər arasında döyüş meydanındakı fəaliyyəti ilə tanınan professor Maykl Klark da yer alıb.

“Mətbuatda yer alan ən ciddi iddialardan bəziləri Putinin Parkinson və ya xərçəng xəstəliyinə tutulmasıdır. Bu barədə bir neçə ekspertlə danışmışam. Mənə dedilər ki, Parkinson xəstəliyini yerişlə müəyyən etmək olmur. Həmçinin danışdığım digər ekspertlər də xərçəngin əlamətlərini təkcə fotoşəkillərlə müəyyən edə bilməyəcəklərini söylədilər. Düzünü desəm, mən Putinin “xəstəlik xəstəsi” olduğunu düşünənlərdənəm. O, daim həkimlərlə gəzir. Bildiyimizə görə, hətta mövzu səhhətinə gəlincə, görüşləri yarımçıq kəsir, bu həkimlərlə məsləhətləşir. Oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putinin tez-tez botoks əməliyyatı keçirdiyini də bilirik. Hətta bunu o qədər tez-tez edir ki, sanki Putin sağ ikən özünü mumiyalayır”, deyə o söyləyib.

Professor Maykl Klark Vladimir Putinin səhhəti ilə bağlı iddialar altında müxtəlif ehtimalların ola biləcəyini də vurğulayıb:

“Ukrayna müharibəsi Rusiya üçün pis nəticələnərsə,  prezidentin səhhətinə görə istefa verməsi yaxşı çıxış yolu ola bilər. Belə bir ssenari baş verərsə, Putini ən azı onun qədər güclü olan Nikolay Patruşev əvəz edə bilər. Təbii ki, bunlar sadəcə fərziyyələrdir”.