Ölkə

Qadir İbrahimlini itirdik…

Qadir İbrahimlini itirdik…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, jurnalistlik fəaliiyyəti boyunca Qadir bir çox mətbu nəşrlərdə, o cümlədən “Yeni Müsavat” qəzetində çalışıb, iqtisadiyyata dair yazılarla çıxış edib. Qəzetimizin kollektivi bu daima pozitiv olan işıqlı həmkarımızı həmişə xoş xatirələrlə anacaq.