Sosial

“Qara qızıl“ üzümüzü ağardır: 90 dolları ötdü

“Qara qızıl“ üzümüzü ağardır: 90 dolları ötdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox bahalaşıb. 

Yenisabah.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları, yaxud 3,55 % artaraq 90,63 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.