Region

Qarabağda daha 7 erməni hərbçinin qalıqları tapıldı

Qarabağda daha 7 erməni hərbçinin qalıqları tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb.

7times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib.

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib.