Gündəm

Qarabağda döyüşən terrorçuların görüntüləri – VİDEO

Qarabağda döyüşən terrorçuların görüntüləri – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən Livan Respublikasının vətəndaşı Eulcekciyan Viken Abraham və digər şəxslərin muzdlular kimi Azərbaycan vətəndaşlarına qarşı terror fəaliyyətində iştirakı faktı üzrə cinayət işinin istintaqı başa çatdırılıb.

İstintaqla müəyyən edilib ki, Livan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Beyrut şəhər sakini Eulcekciyan Viken Abraham 29 sentyabr 2020-ci il tarixində Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək digər muzdluların da olduğu ərazilərə gəlib.

Livanlı Abrahamın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi əməliyyatlarda iştirak etdiyini göstərən nadir kadrlar yayılıb.

7times.az Virtualaz.org-a istinadən həmin görüntüləri təqdim edir: