Qarabağ

Qarabağda qalan ermənilər… – Qanunlara tabe olmayanları nə gözləyir?

Qarabağda qalan ermənilər… – Qanunlara tabe olmayanları nə gözləyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər hansı bir dövlətin ərazisində məskunlaşıb, başqa dövlətin vətəndaşlığını daşımaq mümkünsüzdür. Ermənilər bizim ərazilərimizdə yaşamaq istəyirlərsə, vətəndaşlığımızı qəbul etməlidirlər”.

7times.az xəbər verir ki, bu sözləri Modern.az-a hüquq müdafiəçisi Çingiz Qənizadə Qarabağda – Xankəndində, Ağdərədə yaşayan ermənilər barədə danışarkən deyib. O qeyd edib ki, bəzi ölkələrdə ikili vətəndaşlıq olsa da, ölkəmizdə bu qayda yoxdur və Azərbaycan qanunlarına tabe olmaq mütləqdir:

“Azərbaycan qanunvericiliyində əsas vətəndaşlıq anlayışı var və hər kəs fəaliyyət göstərdiyi, yaşadığı dövlətin vətəndaşlığını qəbul etməlidir. O torpaqlar hansı dövlətə məxsusdursa, təbii ki, orada yaşayanlar həmin dövlətin vətəndaşlığını daşıyacaqlar. Qarabağ ərazisində yaşamaq istəyən mülki ermənilər hansı ki, Ermənistanın işğalı başlayana qədər orada yaşayıblar, onlar və ailə üzvləri qalmaq istəsələr, qalacaqlar. Lakin Azərbaycan qanunları çərçivəsində, Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, bunu qəbul etməlidirlər. Kim bunu qəbul etməsə, təbii ki, bizim səlahiyyətimiz var ki, həmin şəxsləri Azərbaycandan deport edək”.

Ç. Qənizadə xatırladıb ki, işğaldan sonra torpaqlarımıza qanunsuz məskunlaşma ilə Ermənistandan, Rusiyadan, dünyanın başqa dövlətlərindən erməni millətinə aid olan şəxslər gətirilib, yerləşdirilib:

“Bu insanların Azərbaycanda yaşamaq hüququ sıfıra bərabərdir. Çünki onlar qanunsuz şəkildə gəliblər. Buna görə arxivə baxılacaq və arxiv sənədləri əsasında tutuşdurmalar olacaq”.

Azərbaycan Ordusunun hələlik “Laçın dəhlizi”ndə yerləşmədiyini qeyd edən Ç.Qənizadə dəhlizin təhvil verilmədiyini söyləyib. O bildirib ki, rusiyalı sülhməramlılar Xankəndinə qaytarılan ermənilərin yalnız silah-sursat, qanunsuz və qadağan olunmuş vasitələr keçirməməsini yoxlayırlar:

“Gələn ermənilərin kimlər olduğu, sonradan köçürülüb-köçürülmədiyi məlum deyil. Amma kimlər gələcəksə, Azərbaycan hakimiyyəti həmin ərazilərdə tam bərpa olunduqdan sonra bunu müzakirəyə çıxaracaq, tədbirlər görüləcək.

İndiki durumda əsas istəyimiz arzumuz budur ki, Ermənistan ordusu və digər qanunsuz birləşmələr torpaqlarımızdan tamamilə çıxıb getsin. Mülki əhali silahsız vəziyyətdə öz evində qalsın. Mülki əhali Ermənistana getmək istəyirsə, biz sərhəd-keçid məntəqələrindən başqa dövlətlərə necə gediriksə, o qaydada keçəcək. Biz tələb etmirik ki, ermənilərin Ermənistanla əlaqəsi mütləq kəsilsin. Sivil cəmiyyətlərdə bu, necədirsə, bizdə də elə olacaq”.