Region

“Qardaşlarımızın haqlarını qorumaq üçün də çalışırıq” – Hulusi Akar

“Qardaşlarımızın haqlarını qorumaq üçün də çalışırıq” – Hulusi Akarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Proaktiv araşdırmalarla bütün mümkün risk, təhdid və təhlükələrə qarşı vəzifələrimizi yerinə yetirdik, tədbirlər gördük və görməkdə də davam edirik”.

7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri öz vəzifələrini hüquqi müstəvidə, şəffaf şəkildə yerinə yetirməyə davam edir:

“Quru qoşunlarımızda bundan əvvəl 2 komando briqadamız var idi. Hazırda 17 komando briqadamız var, 17-si də sərhədlərimizdən kənardadır. Təkcə öz  hüquqlarımızı, maraq və mənafelərimizi qorumaq üçün deyil, dostlarımızın və qardaşlarımızın haqlarını qorumaq üçün də çalışmağa davam edirik”.