Sağlamlıq

Qaynaq olan dırnaqlarda göbələk xəstəliyi riski var

Qaynaq olan dırnaqlarda göbələk xəstəliyi riski varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin dermatoloji mütəxəssisi, dosent Erkin Pekmezci əl və ya ayaq dırnaqlara tətbiq edilən qaynaq dırnaqların göbələk, bakterial infeksiya və ya allergik reaksiyalara səbəb ola biləcəyi barədə qadınlara xəbərdarlıq edib.

AZƏRTAC medimagazin.com.tr-ə istinadla bildirir ki, E.Pekmezci son dövrlərdə müxtəlif salonlarda hazırlanan saxta dırnaqların qadınlar arasında çox populyar olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu dırnaqların görünüşü bəzi insanları cəlb etsə də, sağlamlıq baxımından müəyyən problemlər yarada bilər. Bu prosedurlar sertifikatlı şəxslər tərəfindən və gigiyenik qaydalara riayət edilən yerlərdə aparılmalıdır.

Dırnaqlara qaynaq tətbiq edildikdən sonra uzun müddət baxımsız qalarsa, allergik reaksiya, göbələk və ya bakterial infeksiya xəstəlikləri yarana bilər. “Bu kimi halların qarşısını almaq üçün nəzarət tezliyini iki həftədən çox saxlamaq olmaz”,- deyə E.Pekmezci bildirib.

Dermotoloq qeyd edib ki, dırnaqlarda göbələk xəstəliyinin müalicəsi kifayət qədər uzun çəkir və dırnaq normal görünüşünü bərpa edənə qədər müalicə davam etdirilməlidir. Ayaq dırnaqlarının tam sağalması üçün isə bir il vaxt lazımdır. Bəzən bu müddət daha uzun ola bilər. Əl dırnaqları isə nisbətən daha tez sağalır. Bu xəstəlik zamanı dırnaqlara ciddi nəzarət etmək lazımdır. Dırnağın kiçik bir bölgəsində göbələk infeksiyası qalıbsa, xəstəlik təkrarlana bilər.

Bu səbəbdən xəstənin dırnaqları tam sağaldıqdan 1-2 ay sonra həkimə yenidən müraciət etməsi tövsiyə olunur.