Hərbi

Qərb İrəvanı silahlandırır, savaş başladacaq – Rus ekspert

Qərb İrəvanı silahlandırır, savaş başladacaq – Rus ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsgərlərinin guya erməni hərbçilərini güllələdikləri videosunun dünya KİV-lərində bu qədər tez yayılması Ermənistanın Qərbdə, ilk növbədə, Fransa və ABŞ-da çox ciddi lobbiyə malik olduğunu göstərir.

Bu fikirləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış siyasi şərhçisi Aleksandr Razuvayev bölüşüb.

“Şərq həmişə Qərb üçün yaddır və yad olaraq qalacaq. Türk ölkələrinə mənfi təsir edə biləcək hər şey Qərb üçün prioritetdir. Bu, artıq təbii haldır ki, Qərb Cənubi Qafqazda tamamilə sülh istəmir. Bu gün Qərbin əsas məqsədi Rusiyanın zəifləməsidir. Ona görə də ABŞ və onun “köməkçiləri” Qafqazda da vəziyyəti gərginləşdirmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Təbii ki, aparıcı Qərb KİV-ləri də bu istiqamətdə işləyir. İndi İrəvan artıq Qərb dəstəyinə əmindir. Onlar silah tədarükünü gözləyirlər. Ermənistan səmimi düşünür ki, Fransa və ya NATO ermənilərin maraqları uğrunda vuruşacaq. Necə ki, bir müddət öncə ruslar haqqında bu cür düşünürdülər… Təbii ki, ermənilərin absurd ideyaları uğrunda heç bir dövlət vuruşmayacaq. Lakin Qərb Ermənistanı silahlandıracaq və onu Azərbaycana qarşı itələyəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin”, – deyə rusiyalı ekspert vurğulayıb.