Ölkə

Qərbi Azərbaycandakı kəndlərimiz BOŞDUR

Qərbi Azərbaycandakı kəndlərimiz BOŞDURbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Kosmik Agentliyi ixtiyarında olan aşağı orbitli peyk vasitəsilə istər Qərbi Azərbaycan, istərsə də həmin dövrlərdə işğal altında olan torpaqları daim nəzarətdə saxlayıb, orada baş verən hadisələri faktlarla, sübutlarla birgə beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb”.

 

7Times.az xəbər verir ki, bunu Bakıda “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatında çıxış edən Azərbaycan Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.

 

Onun sözlərinə görə, XİN və Prezident Administrasiyası vasitəsilə kifayət qədər sübutlar, faktlar və dəlillər ortaya qoyulub:

 

“Həmin torpaqlarda işğal nəticəsində təbiətə, tikililərə və infrastruktura  ziyan vurulub. Bu layihə yolun başlanğıcıdır və bildirmək istəyirik ki, Azərbaycan peykləri həmin o ərazilərdə baş verənləri daimi müşahidə edir. Burada midən çox kəndin adları səsləndi. Mən bilirəm ki, həmin o kəndlərin heç də hamısı məskunlaşmış deyil. Qərbi Azərbaycandakı bir çox yaşayış məntəqələrimiz, kəndlərimiz boşdur. Biz onu çox yaxşı görə bilirik”.