Ölkə

Qubada sahibsiz itlər üçün sığınacaq tikilir – VİDEO

Qubada sahibsiz itlər üçün sığınacaq tikilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzin inşasına 6 fevral 2021-ci ildə başlanılıb, təxminən 1 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.

Bununla da həmin itlərlə bağlı təhlükə tamamilə aradan qalxacaq.

Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədovanın 7times.az-a verdiyi məlumata görə, sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq.

Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, itlər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi mövcud olacaq.

Mərkəzin baytarlıq klinası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərəcək. İstənilən şəxs bu klinikaya müraciət edərək şəxsi itini qısırlaşdıra, həm də peyvənd etdirə bilər. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulacaq.

Qeyd eldək ki, mərkəz fiziki və hüquqi şəxslərdən maliyyə və digər maddi formada ianələr qəbul edir. Mərkəzə dəstk olmaq istəyən şəxslər Quba şəhər bələdiyyəsinə müraciət edə bilərlər.

2021-ci ilin ilk ayında Qubada 70-ə yaxın sakin sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

Müşfiq Qərib