Ölkə

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı – FOTO

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı ta­rixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən 7times.az-a bildirilib ki, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı- FOTO

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı- FOTO

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı- FOTO