Yazarlar

Qulyabaninin verdiyi dərs təhsil sistemini alt-üst etdi

Qulyabaninin verdiyi dərs təhsil sistemini alt-üst etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Bərdənin bir çox kəndlərində (Bəcrəvan, Hacallı, Xəsilli, Ağalı. Qaradəmirçi və s) baş verən paranormal hadisələrdən sakinlər əziyyət çəkirlər. Belə ki, el arasında Qulyabani adlandırılan varlıq axşamar tövlələri, ot tayalarını yandırır, öz bədheybət varlığını insanlara göstərərək, onları qorxuya salırlar. Polislər bu kəndlərdə mütəmadi reydlər keçirsələr də, baş verənlərin qarısını ala bilmirlər.

Bundan öncə dərc olunan “Bərdədə baş verən paranormal hadislərin sirri rayonun seriyasında gizlənir” başlıqlı yazımda bu mövzuda geniş bəhs etmişəm. Bu yazıdan sonra izləyicilərimiz sual verdilər ki, polis bu cür hadisələrin qarşısını ala bilərmi?

Suala cavab olaraq bildirirəm ki, Bərdədə baş verənlər paranormal hadisələrdir. Adından göründüyü kimi bu normal hadisə deyil ki, bununla hansısa dövlət qurumu məşğul olsun.

Əslində bu məsələnin polis sisteminə heç bir aidiyyatı yoxdur. Bu problemlə bilicilər məşğul olmalıdırlar. Onlar bu sənəti (paralel aləmdəki məxluqlarla necə mübarizə aparmaq lazım olduğunu) oxuyub öyrəniblər. Başqa kateqoriyadan olan insanlar ona yaxınlaşa bilməzlər; çünki, onlar cin tayfasındandır; istədikləri vaxt, istədikləri adama görünər, istəməsə görünməz. O kimə görünsə adamın sinir sistemi pozular, yuxusu qaçar, əsəbləri korlanar, müxtəlif xəstəliklər yaranar…. Polislər sevinsin ki, onu görə bilmirlər.

Bərdənin kəndlərində baş verən paranormal hadisələr insanların sağlamlığını, əsəbini pozur, maddi ziyan vurur… Üç həftədən çoxdur bu gərginliyi aradan qaldıra bilmirlər. Səbəb budur ki, işi mütəxəssisə tapşırmırlar. Tapşırsalar əslində onu həll etmək mütəxassis üçün bir günlük işdir.

Əhalinin bu qədər əziyyət çəkməsinin digər səbəbi onların bu kimi məsələlərdə savadsızlığı, məlumatsızlığı, maariflənməməsidir. Savadlı olsaydılar bu problem başlayanda kimə müraciət etmək lazım olduğunu bilərdilər. Onda nə özləri bu qədər əziyyət çəkərdilər, nə də dövlət orqanları… Bu səbəbdən dövlətin elm, təhsil siyasətini tənqid etmək olar ki, əhaliyə düzgün təhsil vermədiyinə görə, Allahı, Peyğəmbəri, Quranı, yaradılmış varlıqları tələbələrə düzgün tanıtmadığına (məlumatlandırmadığına) görə adi bir cin basqısı olanda sakinlər nə etmək lazım olduğunu, kimə müraciət etməli olduqlarını  bilmirlər. Ona görə də bir dənə qulyabani deyilən varlıq yüz minə yaxın əhalinin dincliyini pozub, külli miqdarda maddi və mənəvi ziyan vurub. Hansı ki, bu əhalinin içərisində on minlərlə “Ali təhsilli” adam var. Belə görünür ki, bu on minlərlə adamın təhsili, elmi bir qulyabaninin qarşısında acizdir. Qulyabaninin insanlarla bu cür aşağılayıcı rəftarı ölkəmizdə tədris olunan elmin, təhsilin heç nəyə yaramadığını (hətta bir qulyabanini susdura bilmədiyini) ortaya qoydu. Çünki, ökənin təhsil sistemi Allahı, Kitabı və yaranmışları nəinki  tanıtmır, əksinə, bir çox məqamalrda onları inkar edən fikir formalaşdırır…

Bəlkə elə ona görəQulyabani xalqımıza dərs verir ki, Allahı və Onun yaratdıqlarını tanıyın (Bərdənin kəndlərində baş verənlər Quranın 72-ci surəsində yazılanların aşkar görünməsidir). Hər halda bu günlərdə qulyabaninin verdiyi dərs ölkənin təhsil sistemində indiyədək öyrədilənləri alt-üst etdi.

Mendeleyev cədvəli saxtalaşdırıldığına görə dünyəvi elm

qulyabani qarşısında aciz qalıb

Sual yaranır ki, dünyəvi elm niyə paralel aləmdəki məxluqlar qarısında aciz qalıb?

Səbəb budur ki, Mendeleyevin tərtib etdiyi Elementlərin Dövri Sistemi saxtalaşdırılıb.  Belə ki, Mendeleyev sağ olarkən onun tərtib etdiyi cədvəldə “Nyutoniy” adlı element olmuşdur. Bu element hazırda cədvəldə yoxdur. Çünki Mendeleyevin ölümündən sonra bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr (Beynəlxalq mafiyalar) sözügedən elementi cədvəldən çıxardılar.

Sübut üçün kitabxanaların fondunda olan 1906 ci ildə nəşr olunmuş “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəlinə baxmaq kifayətdir. Həmin cədvəldə sıfır qurupu vardır və bu qurupda yeganə element “Nyutoniyum”dur (bax: aşağıdakı cədvələ)

Kimyəvi işarəsi “X” olan bu element cədvəlin yuxarı sol küncündə yerləşirdi. Bu maddəyə alimlər “Dünya efiri” də deyirdilər. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı; sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır.“Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir – maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). Ona Allahın nuru desək daha dəqiq olar.

Mendeleyevin vəfatından (1907) sonra, müəyyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri bəşəriyyətdən qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Nyutoniyum” görsənmir. Çünkü “0” qrupu artıq mövcud deyil.

Bu cür saxtalaşdırma kimya, fizika, biologiya və tibb elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir.

Bu elementin sirrini bilən alimlər müəmmalı şəkildə öldürülür

Böyük Alim Nikola Tesla (1856–1943) “Efir”dən (Nyutoniyumdan) enerji alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı (onun ixtira etdiyi və ancaq özünün sürdüyü maşına yanacaq bakı və akammulyator qoyulmamışdı). Daha sonra, enerjinin naqilsiz (!) paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı.

Oxucuda sual yaranacaq ki, “Nyutoniyum” elementi və onun faydaları bəşəriyyətdən niyə belə ciddi-cəhdlə gizlədilir?

Səbəb budur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir.“Efir”in varlığını, onun sirrini bilmədən Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurslarına nəzarət edən mafiyaların marağına uyğun deyildir.

Həkimlik təcrübəmiz göstərir ki, “Efir” enerjisinin sirlərini dərindən bilməklə, bir çox sağalmaz xəstəlikləri müalicə etmək mümkündür və atıq illərdir ki, pasiyentlərimizi bu metodla sağaldırıq. Aydın məsələdir ki, bütün xəstəlikləri bu elementin vasitəsi il dərmansız sağaltmaq dərman istehsalı ilə məşğul olan böyük şirkətlərə (mafiyalara) sərf etmir. Ona görə də kimya kitablarında  “Nyuoniyum” elementinin tədrisinə və Elmlər Akademiyasında bu istiqamətdə elmi araşdırılmalar aparılmasına icazə verilmir.

Sual verəcəksiniz ki, paranormal hadisələrin qarşısını “Efir” enerjisi ilə necə almaq olar? Adından göründüyü kimi, bu element enerjidir (nurdur). Qaranlıq işıqla yox edildiyi kimi, el arasında Qulyabani deyilən varlıqların ötürdüyü neqativ (qara) enerjini də məhz “Efir” enerjisi (Nyutoniyum)vasitəsi ilə aradan qaldırmaq mümkündür. Yuxarıda Teslanın bu metodla maşını(yanacaqsız və akamulyatorsuz) hərəkətə gətirdiyindən, enerjini naqilsiz ötürdüyündən bəhs etdik. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Artıq bu üsulla bütün xəstəliklərin müalicəsinin və paranormal hadisələrin qarşısının alınmasının mümkünlüyü tərəfimizdən sübut olunmuşdur.

Qeyd edək ki, paranormal hadisələr fərdi evlərdə də baş verə bilir və bizə müraciət olunanda “Efir” enerjisinin tətbiqi ilə bunun qarşısını alırıq. Bərdə rayonunun kəndlərində baş verən paranormal hadisəlrin qarşısını da bu metodla almaq mümkündür.

 

Paşa Yaqub,

Həkim, Elmi-lədun bilicisi