Manşet

Qurban Yetirmişli: “Türkiyədə yeni zəlzələ ola bilər”– AÇIQLAMA

Qurban Yetirmişli: “Türkiyədə yeni zəlzələlər ola bilər”- AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin mərkəzi hissəsində baş verən böyük zəlzələlər nəticəsində Fələstinə qədər seysmik aktivlik yaranaraq, bölgədə gərginlik paylanmasında əhəmiyyətli dəyişikliyə səbəb olub. Aydındır ki, region yenidən yerləşir.”

7Times.az xəbər verir ki, bu barədə Niderlandlı tədqiqatçı Frank Hoogerbeets tviter hesabından yazıb.

Mövzu ilə bağlı 7Times.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeni zəlzələ baş versə də, maqnitudası yüksək balda olan zəlzələ gözlənilmir:

“Ard-arda baş verən güclü təkanlar bölgədə qırılmaları oyadıb. Bu səbəbdən regionda və ora yaxın bölgələrdə yeni zəlzələlər ola bilər. Əgər relyefdə gərginlik toplanıbsa, bu zəlzələnin baş verməsini tezləşdirə bilər. Bunun hansı gücdə olacağını, hansı sahələri əhatə edəcəyini və s. müəyyən etmək lazımdır. İnanmıram ki, maqnitudası 8 bal gücündə yeni zəlzələ baş versin.”

Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur:

“Onu da qeyd edim ki, bu zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur. Xırda təkanlar hər gün baş verir. Bu təkanlar arasında hiss olunanı da olur, olunmayanı da. Lakin ölkəmizdə zəlzələ gözlənilmir.”

7Times.az