Sağlamlıq

Quru dodaqlar hansı xəstəliklərə işarə edir?

Quru dodaqlar hansı xəstəliklərə işarə edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dodaqların dərisi çox nazik və həssasdır. Külək, soyuq, nəm hava, gün şüaları dodaqların dərisinə mənfi təsir edir, onların həssaslığını daha da artırır, qurudur, çatların əmələ gəlməsinə səbəb olur.

Bu səbəbdən mütəxəssislər dodaqların dərisini daim qorumağı, xüsusi vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Lakin bəzən qadın dodaqlarına lazım olan qulluq etsə də dodaqlar quruyur, çatlayır, qanayır. Dodaqların iltihabı “xeylit” adlandırılır. Xeylit müstəqil xəstəlik ola bilər və həm də orqanizmdə olan bəzi xəstəlik və pozulmalara işarə edə bilər:

– Dodaqların daim çatlaması şəkərli diabetə işarə edə bilər.

– Həmçinin bu B12 vitamininin çatışmazlığının simptomu da ola bilər.

– Orqanizmdə dəmirin çatışmazlığı dodaq kənarlarında çatların əmələ gəlməsinə, dodaqların qurumasa səbəb olur.

– Allergiya zamanı dodaqların quruması, qızarması, çatlaması kimi simptomlar yaranır.

– Depressiya, həyacan, vegetonevrozdan əziyyət çəkən insanlarda da tez-tez xeylit əmələ gəlir.

Saglamolun.az bildirir ki, deksapantenol (bir çox müalicəvi məlhəmlərin tərkibinə daxildir) və sink dodaqların dərisini yaxşı müalicə edir.

Ev şəraitində bu məqsdlərlə adi vazelin, aloe vera və baldan istifadə etmək olar.

Soyuq fəsillərdə dərini və o cümlədən dodaqların dərisini qorumaq üçün kifayət qədər su içmək və düzgün qidalanmaq lazımdır. Evdən çölə çıxanda xüsusi qoruyucu vasitələr çəkin, dodaqlarınızı yalamayın.