Ölkə

Qusarda bu küçələrə Milli Qəhrəmanlar və şəhidlərimizin adları verildi – FOTOLAR

Qusarda bu küçələrə Milli Qəhrəmanlar və şəhidlərimizin adları verildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusarda hərb tariximizdə xüsusi xidməti olan insanların, Qarabağ müharibəsi qəhrəmanlarının və şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində ciddi işlər aparılır.

7times.az xəbər verir ki, bu işləri 22 may 2007-ci ildə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun sərəncamı ilə yaradılmış daimi komissiya həyata keçirir. Komissiya Qusar şəhərində və Samur qəsəbəsində salınmış yeni yaşayış massivlərinə küçələrə adların verilməsi, mövcud küçələrə müasir, milli-mənəvi, ideoloji tələblərə uyğun adların verilməsi məsələlərilə məşğuldur.

Komissiyanın sədri, İH-nin başçısının müavini bu barədə danışıb:

Onun sözlərinə görə, komissiya tərəfindən indiyədək Fətəli xan Xoyski, Əlağa Şıxlinski kimi neçə-neçə görkəmli tarixi şəxsiyyətin adlarını Qusar küçələrinə verib.

Bu günlərdə isə Qusarda daha bir neçə hərb tariximizdə özünəməxsus yer tutan hərbçimizin adı əbədiləşdirilib.

Rayon rəhbərinin 2 noyabr 2020 -ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş, general Səməd bəy Mehmandarovun adı Qusar şəhərinin sağ sahilində yerləşən küçələrdən birinə verilib.

Qarabağ döyüşlərində xüsusi şücaətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəhidlərimizdən Mübariz İbrahimovun adı da Qusarda əbədiləşdirilib.

Bundan sonra qusarlılar şəhərdə 2020-ci ilin iyul hadisələrində Tovuzda qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, 2-ci Qarabağ savaşında Qubadlıda gedən göyüşlərdə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun adına olan küçələri də görə bilərlər.

Yerli şəhidlər də unudulmayıb. Qusar İH başçısının müavini Elman Mustafayevin sözlərinə görə, indiyəcən 1-ci Qarabağ müharibəsində və müxtəlif vaxtlarda həlak olmuş 69 şəhidin adı Qusar şəhərində və doğulduqları kənddə əbədiləşdirilib. Bu günlərdə yeni ad verilən iki küçə isə 1-ci Qarabağ şəhidi Məmmədkərim Kərimovun və Vətən müharibəsinin igid şəhidi, 30 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuş mayor Sənan Zamanovun adını daşıyacaq. Elman Mustafayev məlumat verib ki, şəhidlərin adının tarixiləşməsi prosesi bundan sonra da davam etdiriləcək.