Qusar

Qusarda istirahət mərkəzində yanğın zamanı 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb – YENİLƏNİB

Qusarda istirahət mərkəzində yanğın zamanı 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusardakı dəhşətli yanğında ölən dörd nəfərin kimlikləri bəlli olub.

7Times.az- ın əldə etdiyi məlumata görə, yanğın zamanı –

Babayev Emin,

Babayev Rauf

Babayeva Zülfiyyə

(bir ailənin üzvü) və Babaşov Rüstəm adlı şəxslər ölüb.

Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

1978-ci il təvəllüdlü Dadaşova Natalya Barisovna,

1980-ci il təvəllüdlü Repin Denis Barisoviç,

1952-ci il təvəllüdlü Repina Larisa Vladimirovna,

1950-ci il təvəllüdlü Dadaşova Olqa Nikolayevna,

2009-cu il təvəllüdlü Dadaşov Emil Rüstəm oğlu,

2016-cı il təvəllüdlü Dadaşova Kamilla Rüstəm qızıdır.

Xəsarət alanlar Qusar rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar.

10:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

İnsident nəticəsində altı nəfər xəsarət alıb. Hadisə yerinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı mühafizə olunub, yanğın söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.