Manşet

Röyanın keçmiş ərinin Aygünlə arxiv VİDEOSU YAYILDI

Röyanın keçmiş ərinin Aygünlə arxiv VİDEOSU YAYILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun Azərbaycanın pop-divası Aygün Kazımova ilə rəqs etdiyi əks olunan kadrlar yayılıb.

7times xəbər verir ki, həmin video izləyicilərin böyük marağına səbəb olub.

 

Xatırladaq ki, Röya Ayxan “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri olan tanınmış iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla evli olub.

O, Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Daha əvvəlki evliliyi uğursuz alınan və həmin evlilikdən bir oğlu olan Anarın valideynləri onun Röya ilə evlənməsinə qarşı çıxıblar. Lakin həmin vaxt A.Cəlilov Röya ilə ailə həyatı qurmaqda israr edib və 2008-ci ildə onunla toy edib. Onların bu evlilikdən Hüseyn adlı bir övladı var. Cütlük 2014-cü ildə boşanıb.

Anar Cəlilov 2017-ci ildə 3-cü dəfə evlənib və bir qızı dünyaya gəlib. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.

 

https://www.instagram.com/big.az_official_/?utm_source=ig_embed&ig_rid=4680b6b3-8859-41fe-aa39-da99099cac45