Aktual

Rus ordusu bu istiqamətlərdə geri çəkildi

Rus ordusu bu istiqamətlərdə geri çəkildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus qoşunu Donetsk və Zaparojye istiqamətlərində itki verərək, geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində ruslar Novopol və Novodarovka yaşayış məntəqələri istiqamətində xeyli itki verərək geri çəkilməyə məcbur olub”, – məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, rus ordusu Novopavlovsk və Zaporojye istiqamətlərində Vremovka, Poltavka, Krasnoye, Qulyaypol, Orexov, Kamenskoye və digər yaşayış məntəqələrində yerləşən mülki infrastruktur obyektlərini atəşə tutub.