Aktual

Rusiya hərbçilər Şuşanın kəndində hay uşaqlara erməni bayrağı altında yardım etdi…-VİDEO

Rusiya hərbçilər Şuşanın kəndində hay uşaqlara erməni bayrağı altında yardım etdi…-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümid edirik ki, Azərbaycanın müvafiq qurumları bu insidentə ciddi reaksiya verəcək…”

Rusiyanın müvəqqəti(!) olaraq Azərbaycan ərazisinin ermənilərin məskunlaşdığı hissəsində yerləşdirilmiş rəsmən “sülhməramlı” adlanan hərbçiləri növbəti dəfə dövlətimizin suverenliyi və ərazi bütövlüyünü tapdayan aksiya həyata keçiriblər.
Belə ki, Rusiya hərbi kontingentinin bir neçə nümayəndəsi Xankəndində fəaliyyət göstərən “Mersi” xeyriyyə təşkilatıyla birgə Şuşa rayonunun hayların məskunlaşdığı Böyük Qaladərəsi kəndinə gələrək oradakı uşaqlara məktəb ləvazimatı paylayıb.
Moderator.az xəbər verir ki, Xankəndi və İrəvandakı hay nəşrləri bu haqda Rusiya “sülhməramlı” kontingentinin teleqram-kanalına istinadla məlumat yayıb.
“Sülhməramlı”ların öz funksiyalarından kənara çıxaraq Azərbaycan ərazisindəki erməni əhaliyə yardım göstərməsi bir yana, ən ağrılısı onların bu aksiyanı açıq-aydın görünən erməni bayrağı altında etməsidir. Bayraq büküldüyündən dəqiq görünmür; Ermənistan bayrağıdır, yoxsa Xankəndindəki separatçı-terrorçu rejimin murdar əski parçası… Ancaq parçanın ortasındakı ağ rənglərdən daha çox əski parçası olduğu ehtimal edilir…
Bundan əlavə, aksiyanın icra edildiyi  məktəb binasının girişində qondarma rejimin üzdəniraq “gerbi” altında  üç dildə(erməni, rus və ingilis) “Şuşa rayonu Davidyan adına  Mets Şen kənd orta məktəbi” yazıldığı aydın görünür…
Ümid edirik ki, Azərbaycanın müvafiq qurumları bu insidentə ciddi reaksiya verəcək…