Aktual

“Rusiya hərbçiləri məni xilas etdi, türklərin əlinə keçmədim…”-Erməni terrorçu

“Rusiya hərbçiləri məni xilas etdi, türklərin əlinə keçmədim…”-Erməni terrorçubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu addımı atdım ki, türklər bilsinlər ki, bizim ağrımız yerindədir, bu savaşı biz uduzmadıq, hökumət və rəhbərlik uduzdu…”
“Rusiya sülhməramlıları məni dərhal götürdülər, türklərin əlinə keçmədim. Yəni rus hərbçilər məni xilas etdilər və sonra evə buraxdılar”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində 2021-ci il noyabrın 13-də Şuşa yaxınlığındakı Azərbaycan hərbçilərinin postuna qumbara atmış separatçı erməni terrorçusu Norayr Mirzoyan söyləyib.
N.Mirzoyan Şuşanın Daşaltı kəndində anadan olub.  Hazırda Xankəndində yaşayır.
“Dünən onunla Fransa Meydanında görüşdük. O, Paşinyana qarşı və Artsax uğrunda nümayişlərdə iştirak etmək üçün İrəvana gəlib. O, bizimlə söhbətində əvvəlcə onu azərbaycanlılara qumbara atmağa nəyin vadar etdiyini açıqladı”- deyə erməni müxbir yazır.
“Mən Karintakdanam(Daşaltı-S.L.), Şuşidənəm, bura bizim yol ayrıcımızdır. Bu addımı atdım ki, türklər bilsinlər ki, bizim ağrımız yerindədir, bu savaşı biz uduzmadıq, hökumət və rəhbərlik uduzdu”- erməni terrorçusu həyasızcasına belə deyib.
Xatırladaq ki, 2021-ci noyabrın 13-də  erməni terrorçu Norayr Mirzoyan Azərbaycan ordusunun Şuşa yaxınlığındakı postuna əl qumbarası ataraq 3 hərbçimizi yaralayıb. Terrorçu erməni dərhal Rusiya hərbçiləri tərəfindən saxlanılaraq Xankəndindəki separatçı-terrormu rejim rəhbərliyinə təhvil verilib.
Azərbaycan Baş Prokurorluğu CM-nin müvafiq maddəsi ilə cinayət işi qaldırsa da, N.Mirzoyan hələ də Azərbaycan torpaqlarında sərbəst gəzir…