Qarabağ

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi – Fotolar

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

7times.az xəbər verir ki, “Qafqazinfo”nun “Sputnik Armenia”ya istinadən məlumatına görə, Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.

“Bu gün 25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”,- deyə Bulqakov açılışda qeyd edib.

O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə, sülhməramlılara ixtisaslı yardım göstəriləcək. Onun sözlərinə görə, səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq.