Manşet

“Rusiya sülhməramlıları faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparır…”

“Rusiya sülhməramlıları faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ciddi mövqe ortaya qoymağa ehtiyac var”.

7times.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi baş verənlərlə bağlı konkret mövqe ortaya qoymalıdır:

“Onların məqsədi münaqişə olacağı təqdirdə tərəfləri ayırmaqla məhdudlaşır. Lakin Rusiya sülhməramlıları mandatlarını aşırlar. Orada Rusiya hökumətinin yerli strukturlarını yaradırlar. Emənilərin köçürülməsi ilə məşğul  olurlar. Ən əsası isə, onlar erməni qanunsuz silahlı dəstələrinin tərk-silah edilməsi ilə məşğul olmurlar. Onlar faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparırlar.

Azərbaycan hökuməti bununla bağlı qəti mövqe bildirməlidir. Tələb etməlidir ki, onlar ya öz mandatlarına uyğun işlərlə məşğul olsunlar, ya da çıxıb getsinlər”.