Aktual

“Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir” – Zaxarova

“Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir” – Zaxarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfi üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik”, – M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həll yolları hazırlamaq üçün müntəzəm olaraq əlaqədədirlər.