Gündəm

Rusiyada koronavirusun yeni ştamı aşkar olundu

Rusiyada koronavirusun yeni ştamı aşkar olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada koronavirusun yeni B.1.1.523 ştamı aşkarlanıb.

7Times.az xəbər verir ki, bu barədə məlumatı “bioRxiv” jurnalı yayıb. Bildirilir ki, niderlandlı alimlər özündə daha əvvəl aşkar olunan “Beta” və “Delta” ştamlarının mutasiyasını əks etdirən yeni ştam aşkar ediblər.

Alimlər sözügedən yeni ştamın mənşəyinin Rusiya olduğunu elan ediblər. Belə ki, ştamın hansı ölkədən digər ölkələrə yayılması və ilk yoluxma halları ilə bağlı məlumatları təhlil edərək ştamın ilk dəfə məhz Rusiyada peyda olduğu qənaətinə gəlinib.

Alimlərin müşahidə etdiyi dövr ərzində Rusiyada yeni ştama 345 yoluxma halı qeydə alınıb. İkinci yerdə 92 yoluxma halı ilə Almaniya qərarlaşıb.

Alimlər qeyd edir ki, yoluxma 2021-ci ilin may ayında pik həddə çatıb. Ştamın özünün isə cari ilin fevralında ortaya çıxdığı zənn edilir.