Aktual

Rusiyadan Bakıya qarşı növbəti təxribat – Foto

Rusiyadan Bakıya qarşı növbəti təxribat – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Axar.az xəbər verir ki, Rusiyanın Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın iyunun 8-dən 18-dək Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçiriləcək “Dağlıq Qarabağdan sirləri” adlı sərgisini elan edib.

Rusiyanın rəsmi dövlət agentliyi olan “RİA Novosti”nin Azərbaycanın ərazi bütövlüyünə qarşı son təxribatından sonra bu ölkənin Mədəniyyət Nazirliyinin bu addımını artıq bu cür təhrikçi hərəkətlərin bəlli qruplar tərəfindən idarə edildiyi şübhəsini yaradır.

Bir daha xatırladaq ki, Rusiya lideri Vladimir Putin 2020-ci ildə iki dəfə rəsmi olaraq Dağlıq Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğunu elan edib.

Azərbaycan isə 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini de-yure, 2020-ci il 10 noyabrda isə de-fakto ləğv etdiyini, bu münaqişənin keçmişdə qaldığını, artıq həll edildiyini bildirib.

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Prezidentinin sərəncamı ilə Aran və Dağlıq Qarabağ ərazisində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları yaradılıb.

Onu da vurğulayaq ki, 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında Moskva Bəyannaməsi imzalanıb ki, bu bəyannamənin də birinci bəndi dövlətlərin bir-birinin ərazi bütövlüyünə tam dəstəyini ifadə edir.