Aktual

“Rusiyadan bezmişik, sərhədlərimizi özümüz qorumaq istəyirik”

“Rusiyadan bezmişik, sərhədlərimizi özümüz qorumaq istəyirik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya silah sənayesi, otaq boyda olan “Bayraktara” məğlub olan silah sənayesidir. Bizim paradın yarısı Rusiyanın vurulan texnikası ilə dolu idi. Hərəkətlərinə diqqət etməlidir. Bizi məcbur etməsin ki, içiboş olduqlarını göstərək. Nəzərə alın ki, Rusiyanın daxilində nə qədər türk və müsəlman var. Rusiya düşünməsin ki, nə istəyir edəcək, Tatarıstan, Başqırdıstan sakit dayanacaq”.

7times.az-ın xəbərinə görə, bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

“Müharibədən əvvəl deyirdik ki, Rusiya Qarabağla bağlı məsələdə Azərbaycanı müdafiə etsin, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da, Avrasiya İttifaqına da qoşula bilərik. Amma Rusiya bunu etmədi. Özümüz müttəfiqlərimizlə məsələni həll etdik”  deyən T.Abbaslı bildirib ki, Rusiya Azərbaycanı itirmək istəmirsə, bu mərhələdə oyunpozanlıq etməsin, quduzlaşmış erməni terrorçularını dəstəkləməsin: “Biz sübut etdik ki, döyüşə bilirik, müasir texnikamız var. Rusiya mövqelərini böyütməyə çalışır, amma çox zəifdir. Bu müharibə onu göstərdi. Rusiya az qala deyir ki, Qarabağ problemi həll ediləcəksə, bəs biz nə ilə dolanacağıq. Biz sizi niyə yedirməliyik ki? Biz müstəqilliyi camınızdan çox sevən millətik. Artıq bezmişik, sərhədlərimizi özümüz qorumaq istəyirik. Düşünməsinlər ki, cəmiyyət əvvəlkidir. Rusiya bizi ölkəsindəki soydaşlarımızla şantaj etməsin. Bilməz olmaz, oradakı azərbaycanlılar rusamı, yoxsa bizəmi fayda verir. Azərbaycan əlini çəksə, tərəvəz bazarı hansı vəziyyətə düşəcək?! Rusiyanı saxlayan miqrantlardır. Hansı günlərinə hamı ilə düşmən olurlar?”pravda.az