Aktual

Rusiyadan müharibə ilə bağlı ŞOK AÇIQLAMA – Əsas müttəfiqimiz olan Ermənistanla…

Rusiyadan müharibə ilə bağlı ŞOK AÇIQLAMA – Əsas müttəfiqimiz olan Ermənistanla…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistana müdafiə qabiliyyətinin gücləndirmək üçün kömək edəcək.

KAİM.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə bildirib.

“Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək”, – Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Lavrovun bu açıqlaması birmənalı qarşılanmayıb. Hazırda Ukrayna ilə müharibə aparan və ciddi itkiləri olan Rusiyanın belə bir vəziyyətdə Ermənistana açıq dəstək nümayiş etdirməsi müzakirələrə səbəb olub.

Ümumiyyətlə, indiki şəraitdə Rusiya niyə Ermənistanın müdafiəsini gücləndirməyə kömək edəcəyini bəyan edir?

Hərbi ekspert Ramil Məmmədli Cebhe.info-ya açıqlamasında deyib ki, bu, təbii bir prosesdir:

“Çünki Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan müttəfiq ölkələrdir. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı təhlükəsizliklə bağlı ikitərəfli razılaşmalar da mövcuddur. Yəni Rusiya Ermənistanın qarantı rolunda oynayır. Əslində Kremlin erməni ordusunu silahlandırmasının qarşısını almaq qeyri-mümkündür. Bunun olmaması üçün Ermənistan Rusiya ilə müttəfiqlik razılaşmasından çıxmalıdır.

Ona görə də bu məsələyə qeyri-adi yanaşmaq doğru deyil. Lakin Ermənistan ordusunun strateji silahlarla gücləndirilməsi yolverilməzdir. Çünki bu, İrəvanın regiondakı işğalçılıq siyasətinə və addımlarına dəstək vermək kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bununla bağlı da Azərbaycan tərəfi də öz reaksiyanı verməlidir”.