Rusiyanın sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi yekunlaşıb.
7times.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiyalı sülhməramlıların regiondakı işləri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.
O qeyd edib ki, sülhməramlı kontingentin ərazidə yerləşdirilməsi başa çatıb və sülhməramlılar qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.
Follow @7timesaz