Aktual

Rusiyanın hədələdiyi ölkələrdən TARİXİ QƏRAR – 4 gün ərzində…

Rusiyanın hədələdiyi ölkələrdən TARİXİ QƏRAR – 4 gün ərzində…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Prezidenti Sauli Ninistö ölkəsinin NATO-ya üzvlük müraciəti ilə bağlı qərarını mayın 12-də açıqlayacağını bildirib.

KAİM.az xəbər verir ki, Niinistö hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə görüşdükdən sonra qərarını verəcəyini deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi gücündən sərt şəkildə istifadə etməsi bölgədə və ölkəsində narahatlıq yaradıb.

İsveçin yüksək tirajlı qəzetlərindən olan “Expressen”in xəbərinə görə isə İsveç və Finlandiya 17-21 may tarixlərində NATO-ya üzvlük üçün müraciət edəcək.

Rusiya hər iki ölkəni NATO-ya üzvlüklə bağlı hədələyib, belə bir addımının nəticələrinin olacağı barədə xəbərdarlıq edib.