Aktual

“Rusiyanın qarşısı alınmasa, növbə Moldova və Latviyaya gəlib çatacaq…”

“Rusiyanın qarşısı alınmasa, növbə Moldova və Latviyaya gəlib çatacaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hamı elə düşünür ki, Amerika Ukraynaya silah verməklə hər şeyi həll edəcək…”
“Hazırda 9 may paradını keçirən Rusiya lideri Putin hazırda şovinizmin  ən yüksək mərhələsindədir. Adamın mövqeyi velikorus şovinizminin səviyyəsinə çatıb. O,  sanki çalışır ki, həmin səviyyədə də qalsın. Putin Ukraynada bu sürünən müharibə taktikasını Odessa və Nikolayevi işğal edənədək davam etdirəcək”.
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev  ifadə edib.
“Bundan sonra isə belə görürəm ki, növbə Moldovanındır. Dnestryanıda baş vermiş son terakt birmənalı şəkildə Rusiya kəşfiyyatının əməli idi.  Daha sonra da Rusiyanın qarşısı alınmasa, növbə Latviyaya gəlib çatacaq. Rusiyanın Kalininqradla quru sərhədi yoxdur. Görünən odur ki, Rusiyanın bu imperiya siyasətinə qarşı ABŞ  öz iqtisadi maraqlarını güdməklə çıxır. Hamı elə düşünür ki, Amerika Ukraynaya silah verməklə hər şeyi həll edəcək.  Əslində Baydeni hakimiyyətə gətirən silah tacirləri idi. Bayden onlara söz verib…  ABŞ əlində olan silahları yenisi ilə əvəzləmək üçün  Ukraynaya pul vermir,  silahlar verir. Müharibə Ukrayna ərazisində gedir və həmin silahlarla öldürülən də, texnikalarını itirən də  Rusiya hərbçiləridir.  Nəticədə ABŞ silah tacirləri öz gəlirlərini əldə edəcəklər.  Bu günədək Ukraynaya, təxminən, 8 milyard dollarlıq silah göndərilib. Elə təəssürat yaradılır ki, guya həmin silahlar əvəzsiz verilir.  Əslində, ABŞ-ın dövlət büdcəsindən həmin vəsait gələcəkdə qaytarılmaq şərtilə ayrılır, onun əvəzində Amerika ordusu yeni silahlarla təchiz olunur. Bu, açıq alverdir. Ağ ev burada öz iqtisadi maraqlarına xidmət edir. ABŞ əsl mənada Rusiyanın qarşısına çıxmalı idi, ancaq çıxmadı… Elə məni də narahat edən odur ki, Ermənistan məsələsində, yəni Paşinyanın hakimiyyətdə saxlanılması üçün Vaşinqton Moskva ilə  gizli sövdələşməyə gedə bilər. Ən qorxulusu da budur”- deyə davamında politoloq bildirib.