Aktual

“Rusiyanın qüvvələri bu vaxt tükənəcək” – Amerikalı general

“Rusiyanın qüvvələri bu vaxt tükənəcək” – Amerikalı generalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayın sonuna qədər Ukraynadakı Rusiya qüvvələri tükənəcək və Ukrayna Silahlı Qüvvələri əks hücuma keçmək üçün kifayət qədər potensiala malik olacaq.

“Unikal” xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Qodces deyib.

“Aydındır ki, onlar əraziləri zəbt ediblər və Ukrayna iqtisadiyyatına böyük ziyan vururlar. Taxıl ixracına mane olurlar. Qarşıda hələ çox çağırışlar var, lakin Kremlin məqsədlərini nəzərə alsaq, onların heç birini Rusiyanın qələbəsi adlandırmaq olmaz. Açığı, Rusiyanın etdiklərini sonsuza qədər davam etdirə biləcəyini düşünmürəm. Düşünürəm ki, kulminasiya yayın sonunda olacaq, o zaman ki, onların əsgərləri, döyüş sursatları və döyüş iradələri tükənəcək”, – deyə general bildirib.