Ukraynalı müdafiəçilər düşmənin Dolqenkoye-Dolina istiqamətində hücumunu dayandırıblar.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.”Düşmən Dolqenkoye-Dolina istiqamətində hücum əməliyyatları aparır. Əsas səylər İzyum-Slavyansk istiqamətində hücumun davam etdirilməsinə yönəlib. O mövqelər qoşunlarımızın artilleriya və reaktiv yaylım atəş sistemlərindən atəşə tutulub. Müdafiəçilərimiz düşmənin Dolqenkoye-Dolina istiqamətində hücum cəhdini qətiyyətlə dayandırıb, ruslar geri çəkilir”, – məlumatda deyilib.(Axar.az)
Follow @7timesaz