Aktual

“Ruslar erməni jurnalisti zirehli transportyora oturdub…” -Qarabağda nə baş verir?

“Ruslar erməni jurnalisti zirehli transportyora oturdub…” -Qarabağda nə baş verir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi “Qisas” əməliyyatından sonra İrəvanda gərginlik artıb.

Gundem.az Ermənistan KİV-nə istinadən bildirir ki, ermənilər artıq Xankəndiyə əvvəlki tək gedib-gələ bilməmələrindən də narazılıq edirlər. Məsələn, bu gün jurnalist Jirayr Voskanyan Qarabağa buraxılmayaraq geri göndərilib. Sülhməramlılar hətta onu acılayıblar.

“Voskanyan qarşılaşdığı insidentlə bağlı həyəcan təbili çalır. O qeyd edib ki, Rusiya sülhməramlıları kobud davranış və sözlərlə ona yaxınlaşıblar. Sülhməramlılar hətta maskalı olublar və əllərində pulemyotlarla hazır vəziyyətdə dayanıblarmış.

Voskanyanın sözlərinə görə onlar Qarabağa gedən media heyətini izahat verilmədən Xankəndiyə buraxmayıblar. Ermənistandan gələn jurnalisti zirehli transportyora oturmağa məcbur ediblər və digər maskalı, üzü görünməyən Rusiya sülhməramlılarının yanına aparıblar.

Hətta sülhməramlılardan biri deyib ki,  “Əgər istəsəniz biz asanlıqla problem yaradarıq. Burada problemləri biz həll edirik. Əgər Ermənistan Respublikasında rəhbərlik varsa, o zaman bilməli idin ki, sən Qarabağ ərazilərinə daxil ola bilməzsən”, – məqalədə bildirilib.

Qeyd edək ki, son günlər erməni mediasında Rusiya, onun rəhbəri Vladimir Putin əleyhinə məqalələrin sayı artıb. Ölkədə anti-rus əhvalı 3 gün öncə Gümrüdə Vladimir Putin əleyhinə etiraz aksiyası ilə pik həddə çatıb.