Aktual

Ruslar hücuma buna görə başlaya bilmirlər – Malyar

Ruslar hücuma buna görə başlaya bilmirlər – Malyarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalçıları Donbasda hücumlara başlaya bilmirlər, çünki onların qarşısını Ukrayna ordusu alır.

Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Onların çoxdan belə planları var, amma Ukrayna Silahlı Qüvvələri bunu həyata keçirməyə imkan vermir. Onlar ora canlı qüvvə, silah, tibbi infrastruktur toplayırlar. Hər şeyi hazırlayıblar, lakin hücuma keçə bilmirlər. Çünki Ukrayna ordusu onların qarşısını kəsir”, – Malyar bildirib.