Aktual

Saakaşvili: Putin az qala məni öldürürdü

Saakaşvili: Putin az qala məni öldürürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsi ilə bağlı sərt ittihamlarla çıxış edib.

“Ölkə.Az” regnum-a istinadən xəbər verir ki, Saakaşvilini iddiasına əsasən  Vladimir Putin və oliqarx Bidzina İvanişvili onu öldürmək əmrini veriblər. “İvanişvilinin əlində az qala öləcəkdim.

Məni Qldani həbsxanasına aparanda həkimlər təlaş içində idilər. “O, bizim əlimizdə öləcək!” – Mən özüm eşitmişəm. İki gün ərzində həbsxanadan köçürülməsəydim, öləcəkdim. İvanişvili və Putin məni öldürmək qərarına gəliblər. Daha sonra əhali Tbilisinin küçələrinə çıxdı və bu, rejimi məni Qoridəki xəstəxanaya köçürməyə məcbur etdi. Mən o zaman həyatımı xilas edən insanlara təşəkkür etmək istəyirəm”, – Saakaşvili bildirib.

Xatırladaq ki, Tbilisi şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilir.