Ölkə

Sabah güclü külək əsəcək – HAVA PROQNOZU

Sabah güclü külək əsəcək – HAVA PROQNOZUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 30-a gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 20-25° isti olacaq.