Ölkə

“Sabah pullar kartlarınızda olacaq” – Sahil Babayevdən AÇIQLAMA

“Sabah pullar kartlarınızda olacaq” – Sahil Babayevdən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək”.

 

7Times.az -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

 

“Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək”, – S.Babayev qeyd edib.