Ölkə

Sabahdan hava dəyişəcək, yağış yağacaq

Sabahdan hava dəyişəcək, yağış yağacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq.

7Times.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Oktyabrın 9-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.