Şabran

Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var

Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Şabranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, ölən var.

7Times.az xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda, təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.