Ölkə

Sadiq Gözəlov vəzifəsindən AZAD EDİLDİ

Sadiq Gözəlov vəzifəsindən AZAD EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

7times.az-ın verdiyi xəbərə görə, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Ondan sonra DİN-in mətbuat xidməti yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib.