Aktual

Sahil Babayev pensiya artımından DANIŞDI

Sahil Babayev pensiya artımından DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı pensiya təminatı sistemini də əhatə edir. Son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra olunub, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar olub”.

7Times.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 5 ildə sosial ödənişlərdəki artımlara, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub.

Nazir pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib.

O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib.