Ölkə

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

Agentlikdən 7times.az-a verilən məlumata görə, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, 2021-ci il 4 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.